Haqqımızda

HAQQIMIZDA

Ötən əsrin 90 – cı illərində, Sovet İttifaqı dağıldıqdan sonra, nəhəng tikinti təşkilatları öz fəaliyyətlərini dayandırdılar. Onların əvəzinə tkinti kooperativləri yaradıldı. Aparıcı mütəxəssislərin, inşaat mühəndislərinin, ustaların, montajçıların böyük əksəriyyəti inşaat və montaj briqadalarına cəlb edilərək, “AZINQRUP” MMC-də cəmləşdirildi. Bu müddət ərzində bütün respublika ərazisində bir çox binalar, sənaye müəssisələri, neft və qaz kəmərləri, tikinti – sağlamlaşdırma kompleksləri inşa edildi. Şirkət qurucuları bütün sahələrdə kadrların seçiminə böyük diqqət yetirirdilər. Üstəlik, layiqli maddi – texniki bazanın mövcud olması arzulanan nəticəyə gətirib çıxardı.

Bu gün “AZINQRUP” MMC Azərbaycanın ən iri tikinti şirkətlərindən biridir. Şirkətin istər Bakı, istərsə də Azərbaycanın digər regionlarında innovasiya texnologiyaları, müasir materiallar və nadir istehsalat gücü tətbiq etməklə əsas podrat şərtləri ilə inşaat sahəsində böyük təcrübəsi var. Bu təcrübə bizə imkan verir ki, digər əksər tikinti şirkətlərindən fərqli olaraq, obyektlərin inşasına, yerli tikinti xidmətləri bazarında bir çox baxımdan qabaqcıl sayılan kompleks yanaşma təklif edək.

İri tikinti şirkəti müasir biznesin müəyyən, bəzi hallarda sərt tələblərinə cavab verməlidir. Mənzil fonduna aid binaların, habelə monolit evlərin tikintisi və sənaye əhəmiyyətli obyektlərin ucaldılması işdə öz izini qoyur: biz müştərilərə ən yüksək xidmət məhdudiyyətsiz seçim imkanı təklif etməyə can aıtırıq. “AZINQRUP” MMC-nin keçmişində çoxmərtəbəli binaların tikintisi, arxitektura layihələri, müxtəlif təyinatlı obyektlərin bərpası, dizaynın işlənib hazırlanması və monolit binaların tikintisi kimi onlarla reallaşmış layihə var. Lakin bizim imkanlarımı bununla məhdudlaşmır. “AZINQRUP” MMC bütün innovasiyalar üçün açıqdır və biz gələcəyə əminliklə baxırıq.

MƏQSƏDİMİZ

TƏHLÜKƏSİZLİK

Təhlükəsizlik, əsas dəyərlərimizdən ən vacibdir. Hər bir iş günü bizim prioritetimizdir.

İCMA

İcmanın cəlb edilməsi və dəstəklənməsi şirkətimizin əsas hədəfidir.

DAVAMLILIQ

Strukturun davamlılığa sadiqliyi uzun müddətlidir.

MƏQSƏDİMİZ

  • Baş podratçı funksiyalarının həyata keçirilməsi;
  • Neft-qaz sahəsində inşaat;
  • Magistral boru kəmərlərinin inşası;
  • Magistral yolların çəkilməsi, o cümlədən körpülər, yol ötürücülər, mənfəzlərin, yeraltı və yerüstü keçidlərin inşası;
  • Sənaye obyektləri və mühəndis kommunikasiyalarının inşası;
  • Su təchizatı, istilik, kanalizasiya sistemlərinin montajı;
  • Tikinti – montaj işlərinin əsas növlərinin həyata keçirilməsi: tikinti meydançasının hazırlanması, yer və daş işləri, beton və dəmir – beton konstruksiyalarının qurulması və montajı, bina və tikililərin daşıyıcı çəpərləmə konstruksiyalarının tikilməsi, dam örtükləri, bəbək, tənzimləmə işəsalma işləri, daxili və xarici mühəndis sistemləri və avadanlıqlarının qurulması və montajı, işin keyfiyyətinə nəzarət;
  • İnteryerlərin, bina və evlərin daxilinin kübar dizaynının həyata keçirilməsi; müxtəlif iş növlərinin həyata keçirilməsi üzrə köməkçi podrat müqavilələrinin bağlanması, işlərin həyata keçirilməsi müddəti və keyfiyyətinə nəzarət, podrat və köməkçi podrat müqavilələri ilə nəzərdə tutulan öhdəliklərin həyata keçirilməsinə nəzarət;
  • Tikinti – montaj işlərinin yanğından mühafizə təminatı, əməyin və ətraf mühitin mühafizəsi;
  • Metal konstruksiyaların layihələşdirilməsi, istehsalatı və montajı;
  • Mühəndislik xidmətləri; qəbul komissiyası və sifarişçiyə obyektlərin tam hazır vəziyyətdə təhvil verilməsi.

ƏTRAF MÜHİT STRATEGİYASI

Ətraf Mühitin qorunması cəmiyyətimizin sağlamlığı və ölkəmizin inkişafı üçün vacib amildir. İş sahələrimizdə maksimum səviyyədə ekoloji təhlükəsizliyin təmin edilməsinə, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasına, bioloji müxtəlifliyin qorunub saxlanmasına və təbiətdən istifadənin səmərəli təşkilinə riayət olunur. Bu sahədə şirkətimiz ekoloji pasport hazırlayıb və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırmışdır. Hətta şirkətimiz beynəlxalaq sertifikat olan ISO 14001 sertifikatınıda almışdır.